Accessibility links

Rusiya təyyarəsinin partladıldığına dair şübhələr artır


Keçən həftə Sinay yarımadası üzərində qəzaya uğrayan Rusiyaya məxsus sərnişin təyyarəsinin bomba partlayışının qurbanı olduğuna dair dəlillərin artmasına baxmayaraq Misirin təhqiqat komandası deyir ki, qəzanın səbəbilə bağlı son nəticə hələki əldə olunmayıb.

Təyyarədə danışığın audio yazısının son saniyələrdə gurultulu səs-küy eşidilir. Bu qənaətə təyyarənin qara qutusunu araşdıran Misir Təhqiqat Komitəsi gəlib. Ancaq komissiyanın rəhbəri Ayman Əl-Müqəddəm deyib ki, onlar bu səs-küyün bomba partlayışı olub-olmadığından əmin deyillər.

Cənab Müqəddəm bildirib ki, qəza təyyarə göyə qalxandan 23 dəqiqə sonra avtopilot işlək vəziyyətdə olarkən baş verib. Təyyarənin qalıqları yerdə 13 kilometr aralıda tapılıb. Mukaddam deyib ki, bütün bunlar laynerin havada qəzaya uğradığını göstərir. Qəza nəticəsində təyyarədə olan 224 nəfər həlak olub.

XS
SM
MD
LG