Accessibility links

AXCP fəalı Facebook-da event yaradandan sonra saxlanıb [Audio Müsahibələr] (yenilənib)


Ruslan Nəsirli və Əli Kərimli

Ruslan Nəsirli və Əli Kərimli

Hüquqşünas Asif Yusiflinin və Ruslan Nəsirlinin atası Şamil Nəsirlinin Amerikanın Səsinə müsahibəsi

AXCP gənc fəalı Ruslan Nəsirli konkret şəxslərin şikayəti əsasında saxlanılıb,

Bu barədə Amerikanın Səsinə DİN-in mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov bildirib.

O, Nəsirlinin işində siyasi motivlər olduğunu təkzib edir.

“Nəsirli kiçik xuliqanlığa görə saxlanılıb və iş məhkəməyə göndərilib”, deyə Zahidov bildirib.

İnzibati Xətalar Məcəlləsinin 296-cı “kiçik xuliqanlıq” maddəsi 50-100 manat cərimə və ya 15 günədək həbs cəzası nəzərdə tutur.

***

Avqustun 2-də AXCP Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli polis tərəfindən saxlanılıb. Bundan əvvəl isə onun atası Şamil Nəsirli saxlanılıb. Ruslan Nəsirli saxlandıqdan sonra atası azad edilib.

Hüquqşünas Asif Yusifli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Ruslan Nəsirli qanuna zidd hər hansı hərəkət etməyib. O Facebook-da Ermənistan-Azərbaycan cəbhəsində son qarşıdurma zamanı həlak olan hərbçilərin hüquqlarının müdafiəsi ilə bağlı "Ali Baş Komandan Xalqa cavab ver" eventi yaratdıqdan sonra saxlanılıb.

“Əvvəlcə onun Saatlı rayonunda yaşayan atası girov götürülərək Baklıya gətirilib və oğlunu təslim etməsi tələb edilib. Avqustun 2-də Ruslan özü polisə gedəcəyini bildirib. O dostunun mağazasında olarkən məni vəkil kimi dəvət etdi. Mən mağazaya daxil olanda orada özlərini alıcı kimi təqdim edən iki mülki şəxs onu saxladı. Mən də onlarla birgə avtomobillə Bakı Baş Polis İdarəsinə gedərkən, yolda məni avtomobildən düşürdülər. Sonra Bakı Baş Polis İdarəsi onu saxlamadığını bildirdi. Hazırda Ruslanın harada saxlandığı məlum deyil. Onun nədə günahlandırıldığı da bəlli deyil”, o bildirib.

Öz növbəsində Ruslan Nəsirlinin atası Şamil Nəsirli Amerikanın Səsinə müsahibəsində polis tərəfindən saxlandığını təsdiq edib.

“Məni Saatlı polisi saxladı və Bakıya göndərdi. Bakı Baş Polis İdarəsində oğlumla danışmağımı istədilər. Ruslanla danışdım və oğlumu saxladılar”, o qeyd edib.

Polis Ruslan Nəsirlinin saxlanmasına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG