Accessibility links

Rusiya bombardmanından sonra on minlərlə suriyalı qaçqın Türkiyəyə üz tutub


Bab əl-Salam sərhəd postunda suriyalılar Türkiyəyə daxil olmağı gözləyirlər. 5 fevral, 2016.

Bab əl-Salam sərhəd postunda suriyalılar Türkiyəyə daxil olmağı gözləyirlər. 5 fevral, 2016.

Rusiyanın intensiv bombardmanı fonunda on minlərlə suriyalı cümə günü Hələbdəki evlərini tərk etməyə məcbur olublar. Qaçqınların əksəriyyəti Türkiyəyə üz tutublar.

Türkiyə Humanitar Yardım Fondunun verdiyi məlumata əsasən 50,000 qaçqın Türkiyə ilə sərhədə gəlib. Türkiyə rəsmiləri sərhədi bağladıqlarına görə qaçqınların ölkəyə daxil olub-olmayacağı bəlli deyil.

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Hələb hökumət və müxalifət qüvvələri arasında bölünüb.

Xeyriyyə təşkilatı Suriya daxilində çadırlar quraşdırdığını xəbər verir.

İndiyədək Türkiyə Suriyadan 2.5 milyon qaçqın qəbul edib.

Qaçqınların son axını Rusiya hava qüvvələrinin dəstəyi ilə Suriya lideri Bəşar əl-Əsədə sadiq qüvvələrin Hələbə hücum etməsindən sonra başlayıb. Hökumət qüvvələrinin məqsədi Hələbi mühasirəyə alıb ələ keçirməkdir.

Rusların yardımı sayəsində son həftələrdə hökumət qüvvələri müxalifətin nəzarət etdiyi bir neçə məntəqəni ələ keçirməyə nail olublar.

Rusiya təyyarələri Suriyanın şimalında müxalifət qüvvələrini hədəf alır.

Rusiya təyyarələri Suriyanın şimalında müxalifət qüvvələrini hədəf alır.

Rusiya Müdafiə Nazirliyi hərbi təyyarələrinin bu həftə Suriyada 875 hədəfə zərbə endirdiyini xəbər verir. Bu hücumların çoxu müxalif qüvvələrin istehkamlandığı şimala yönəlib.

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Hələb hökumət və müxalifət qüvvələri arasında bölünüb.

Bu arada Suriya rəsmiləri həkumət qüvvələrinin cənubi Dəra vilayətində strateji qəsəbəni ələ keçirdiklərini xəbər veriblər.

XS
SM
MD
LG