Accessibility links

Ruslar kosmosda turistlər üçün mehmanxana açacaq (auido)

  • Amerikanın səsi

Ruslar kosmosda turistlər üçün mehmanxana açacaq (auido)

Ruslar kosmosda turistlər üçün mehmanxana açacaq (auido)

Rusiya şirkəti 2016-cı ildə orbitdə mehmanxana inşası və 2030-cu ildə Marsa kosmik səyahətin təşkili barədə planını açıqlayıb.

Orbit Texnologiyalar şirkəti 2016-cı ildə turistlər üçün rahat kosmik mehmanxana inşa etməyi planlaşdırdığını deyib. Şirkət rəsmilərinin sözlərinə görə ilkin model 20 kub metr olacaq və yeddi nəfərlik dörd otaqdan ibarət olacaq. Orbit Texnologiyalar şirkətinin bir hissəsi dövlətin hesabında olan RKK Energia istehsalat şirkətinin filialıdır. Bu filial ötən ilədək kosmosa səyahət edən turistlərin Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinə kömək edib. Orbit Texnologiyalar şirkətinin əməliyyat üzrə direktoru Sergey Kostyenko yeni stansiyanın bir neçə məqsədə qulluq edəcəyini deyib.

Ruslar kosmosda turistlər üçün mehmanxana açacaq (auido)

Ruslar kosmosda turistlər üçün mehmanxana açacaq (auido)

Sergey Kostenko: “Başlıca niyyət kosmos turizmidir. Turistlərin kosmosda rahatlıqları üçün müvafiq şəraiti olan mehmanxana inşa ediləcək.”

Kostenko mehmanxananın varlı insanlar və kosmik təhqiqatlar aparan fərdi şirkət işçiləri üçün nəzərdə tutulduğunu deyir.

Sergey Kostenko: “Mehmanxanaya səyahətin ilkin qiyməti 50- 60 milyon dollar olacaq. Bu qiymət Beynəlxalq Kosmik Stansiyaya səyahətin qiymət ilə eynidir. Lakin sonra mehmanxanaya səyahətin qiyməti endiriləcək.”

Kostenko deyir ki, mehmanxanada beş günlük istirahətin qiyməti təxminən bir milyon dollar olacaq. Şirkət rəsmiləri təklif edilən mehmanxananın Beynəlxalq Kosmik Stansiyadan daha rahat olacağını, lakin o qədər də dəbdəbəli olmayacağını deyirlər. Mehmanxana qonaqları vakuum ayaq yolundan istifadə edəcəklər və vanna qəbul etmək üçün çox az miqdarda sudan istifadə edəcəklər.

Bundan başqa əlbəttə ki, onlar kosmik yeməklə qidalanmalı olacaqlar. Soyadının hallandırılmasını istəməyən Anastasiya bu ideya ilə çox maraqlandığını deyir. O, deyir ki, qiymət bir az aşağı olarsa o, kosmik mehmanxanaya səyahət etmək istəyərdi. Bir çox mütəxəssis 2016-cı ildə rus şirkəti üçün orbitdə mehmanxana açılışının maliyyə baxımdan çətin olacağını hesab edir.

Alimlər yad planetlər aşkar ediblər

XS
SM
MD
LG