Accessibility links

Ruslar Putinin hakimiyyətə qayıdışına etiraz edirlər


Rusiyanın Vladivostok şəhərində nümayişçilər üzərində “Demokratiya” yazılmış tabutu əllərində daşıyaraq Vladimir Putinin hakimiyyətə qayıdışına qarşı etirazlarını bildiriblər.

Müxalifət paytaxt Moskvada “milyonların yürüşü”nü planlaşdırır. Sabah keçiriləcək andiçmə mərasimi ərəfəsində Rusiyanın kiçik şəhərlərində nümayişlər təşkil olunub. Kremləd düzənlənəcək sabahkı mərasimdə Rusiya Pravoslav Kilsəsinin rəhbəri Putinin prezidentliyə qayıdışına xeyir-dua verəcək.

Bir çox ruslar 59 yaşlı Putinin 12 illik hakimiyyətini bir qədər də uzatmasından qəzəblidirlər. Onlar ehtiyat edirlər ki, Putin yeni dönəm prezidentliyində siyasi və iqtisadi islahatları boğacaq.

XS
SM
MD
LG