Accessibility links

Rusiya maqnatı prezident seçkilərində Putinlə rəqabət aparacağını bildirib

  • Amerikanın səsi

Rusiya maqnatı prezident seçkilərində Putinlə rəqabət aparacağını bildirib

Rusiya maqnatı prezident seçkilərində Putinlə rəqabət aparacağını bildirib

Rusiya maqnatı Mixail Proxorov gələn il mart ayında keçiriləcək prezident seçkisi zamanı baş nazir Vladimir Putinlə rəqabət aparacağını elan edib. ABŞ-ın Nyu Cersi Nets basketbol komandasının sahibi olan Proxorov deyib ki, seçkilərə qatılmaq onun həyatında verdiyi ən mühüm qərardır.

Dekabrın 4-ü parlament seçkilərinin nəticələrinə etiraz olaraq Rusiyanın hər yerində keçirilən aksiyalar baş nazir Putinin hakimiyyətini sarsıdıb. Müxalifət fəalları parlament seçkilərinin nəticələrininVahid Rusiya partiyasının xeyrinə saxtalaşdırdığını deyir. On minlərlə insan şənbə günü Moskvada seçkilərin yenidən keçirilməsi tələbilə mitinq keçirib. Bu, 1990-cı illərdən sonra Rusiyada hökumət əleyhinə ən böyük etiraz aksiyasıdır.

Cənab Putin 2000-2008-ci illərdə tutduğu prezident postuna qayıtmaq və Dmitri Medvedevi baş nazir təyin etmək istəyir. Vəzifələrdə bu mümkün yerdəyişmə ruslar arasında narazılığa səbəb olub.

Prezident Medvedev bazar günü rəsmilərin partlament seçkiləri zamanı pozuntuların araşdırılacağını deyib. Lakin cənab Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, iddia edilən pozuntular səslərin 1 faizindən az hissəsini təşkil edir və seçkilərin nəticələrinə heç bir şəkildə təsir göstərməyəcək. Cənab Putinin Vahid Rusiya partiyası seçkidə səslərin 50 faizindən az hissəsini alaraq, parlamentin aşağı palatasında çox yer itirib. Lakin tənqidçilər nəticələrin saxtalaşdırılma nəticəsində şişirdildiyini deyir.

XS
SM
MD
LG