Accessibility links

Rusiya Abxaziya ilə yeni razılıq imzalayıb


Rusiya 2008-ci ildən müstəqil dövlət kimi tanıdığı Gürcüstanın separatçı Abxaziya respublikası ilə hərbi və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsinə dair yeni razılıq imzalayıb.

Prezident Vladimir Putin və Avxaziyanın de-fakto prezidenti Raul Xajimba arasında Qara dənizin kurort şəhəri Soçidə imzalanan razılıqda Rusiya ilə Abxaziya hərbi qüvvələrinin birgə komandanlığının yaradılması nəzərdə tutulur.

Cənab Rutin belə bir razılığın Abxaziyanın təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə xidmət edəcəyini deyib. Rusiya prezidenti Qara Dəniz sahilində yerləşən və 240 min əhalisi olan bu bölgəyə 5 milyard rubl veriləcəyini bildirib.

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili bazar ertəsi imzalanan razılığı qınayaraq, bunun Rusiya Federasiyasının Abxaziyanı de-fakto ilhaqı istiqamətində atılan addım olduğunu deyib.

XS
SM
MD
LG