Accessibility links

Rusiya NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana tranzitinə razılıq verir

  • Amerikanın səsi

Rusiya NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana tranzitinə razılıq verir

Rusiya NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana tranzitinə razılıq verir

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva tranzitin genişləndirilməsinə dair hazırkı razılığa əsasən NATO-nun zirehli texnikasının öz ərazisindən Əfqanıstana keçməsinə icazə verəcək. Bu gün Moskvada keçirilən mətbuat konfransında danışan Sergey Lavrov bildirib ki, Rusiyadan yolun açılması minalardan müdafiə olunmuş maşınlara aiddir. NATO-nun baş katibi Anders Foq Rasmussen keçən həftə NATO-Rusiya Şurasının iclasında Rusiyanın Əfqanıstan müharibəsində əməkdaşlığı artırmağa razı olaraq, alyans əsgərlərinə yardım məqsədilə öz ərazisindən daha artıq təchizat keçirilməsinə icazə verdiyini elan etmişdi. Lissabonda keçən NATO-Rusiya Şurasında danışıqları Rusiya prezidenti Dmitri Medvedev aparıb. Rusiya və 29 üzvü olan alyans arasında görüş sonuncu dəfə 2008-ci ilin aprel ayının 28-də Rusiya-Gürcüstan müharibəsindən əvvəl keçirilmişdi.

XS
SM
MD
LG