Accessibility links

Moskvanın Domodedovo hava limanındakı partlayış nəticəsində 35 adam həlak olub

Moskvanın Domodedovo hava limanındakı partlayış nəticəsində 35 adam həlak olub

Moskvanın Domodedovo hava limanındakı partlayış nəticəsində 35 adam həlak olub

Russia prezidenti Medvedev partlayışı terrorçu hücumu adlandırıb və məsuliyyət daşıyanların cəzalandırılacağını deyib

Rusiyanın ən izdihamlı hava limanlarından biri olan Domodedovo aeroportunda baş vermiş partlayış zamanı 35 adam həlak olub. Təhqiqat hadisənin terror aktı olduğunu bildirir. Rusiya mətbuatı və rəsmilərinin bildirdiyinə görə, partlayış intiharçı tərəfindən törədilib. İnterfax xəbər agentliyi və Rusiyanın Təhqiqat komitəsinin verdiyi məlumata əsasən partlayış Domodedovo hava limanında sərnişinlərin beynəlxalq səfərlə gəliş hissəsində baş verib. Yaralananların sayının 145-dən artıq olduğu deyilir.

Russia prezidenti Medvedev partlayışı terrorçu hücum adlandırıb və ondan məsuliyyət daşıyanların tutulub cəzalandırılacağını deyib. Cənab Medvedev Rusiyanın bütün nəqliyyat mərkəzlərində təhlükəsizliyin gücləndirilməsinə göstəriş verib. Prezident Obama hücumu pisləyib Rusiyaya dəsdəyini bildirib. Avropa ölkələrinin liderləri də hücumu pisləyiblər. Bunun Moskvada keçən Mart ayında metroda baş verən və 40 adamın ölümü ilə nəticələnən hücumdan bəri ən çox itkiyə və təxribata səbəb olan hücum olduğu bildirilib.

AZAL-ın nümayəndəsi Məhərrəm Səfərlinin Amerikanın səsinə verdiyi məlumata görə, Domodedovo hava limanından Bakıya uçan sonuncu təyyarə yerli vaxtla saat 15:40-da yola düşüb və saat 18:20-də Bakı aeroportunda yerə enib. Lakin Bakıdan yerli vaxtla saat 20:05-də Moksvaya uçacaq təyyarənin Domodedovo aeroportunda qəbul edilib-edilməyəcəyi hələ məlum deyil.

Amerikanın səsinin Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları hadisə yerinə yollanıb və hadisə zamanı Azərbaycan vətəndaşlarının xəsarət alıb-almaması ilə bağlı məlumatları dəqiqləşdirməyə çalışır. Azərbaycan hava yolları şirkəti AZAL-ın Domodedovo aeroportunda nümayəndəliyinin işçiləri arasında xəsarət alan olmadığı bildirilir. Azərbaycan hava yolları şirkətinin Domodedovo hava limanındakı ofisinin telefonları isə daim məşğuldur.

XS
SM
MD
LG