Accessibility links

Pussy Riot rok-qrupunun apellyasiya müraciətinə oktyabrın 10-da baxılacaq


Məhkəmə qərarı Yekaterina Samutseviçin vəkilindən imtina etməsi ilə əlaqədar çıxarıb

Moskva məhkəməsi Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinə etiraz aksiyasına görə xuliqanlıq ittihamları ilə məhkum edilmiş Pussy Riot qrupunun apellyasiya müraciətini təxirə salıb. Məhkəmənin hakimini apellyasiya müraciətinə oktyabrın 10-da baxılacağını elan edib. Bunun səbəbi Yekaterina Samutseviçin vəkilindən imtina etməsilə izah edilir. Prokurorlar Samutseviçin apellyasiya müraciətinin təxirə salınmasına çalışdığını bildirib.

Avqust ayında üç musiqiçi qıza qarşı dini ədavət əsasında xuliqanlıq ittihamları irəli sürülmüş və onlara iki il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla həbs cəzası verilmişdir.

Yekaterina Samutseviç, Nadejda Tolokonnikova və Mariya Alyoxina bu il fevral ayında Moksva kilsəsində Rusiya prezidenti Vladimir Putini qovmaq üçün Müqəddəs Məryəmə müraciət məzmunlu nəğmə ifa etdikdən sonra həbs edilmişdilər. Qrup üzvləri öz fikirlərini bildiriklərini və heç kəsi incitmək istəmədiklərini demişlər.

Rusiya pravoslav kilsəsinin bazar günü açıqladığı müraciətdə qızların günahlarını boynuna aldığı halda, məhkəmənin bunu nəzərə ala biləcəyi bildirilib.

Məsələ ilə bağlı kəskin tənqidlərdən sonra Rusiya Baş naziri Dmitri Medvedev hökmün çox ciddi olduğunu düşündüyünü deyib. Cənab Putin də öz növbəsində, məhkəmədən qızları çox ciddi cəzalandırmamağa çağırıb. Lakin müşahidəçilər bu açıqlamaların yalnız ictimiayyət üçün edildiyini qeyd edir.

Qızların vəkilləri onlara qarşı ittihamların siyasi motivlərlə əlaqədar olduğunu bildirir və onların cəzalarının yüngülləşdiriləcəyinə şübhə ilə yanaşır.

Keçən həftə Rusiya Dövlət Duması kilsə mülkiyyətinə qarşı vandalizm aktları, dini liderlərin qətli və kilsəyə qarşı xuliqanlıq aktlarının ölkənin təhlükəsizliyinə hədə törətdiyi və cəzalandırılmalı olduğuna dair bəyanat qəbul edib.
XS
SM
MD
LG