Accessibility links

Rusiya İrana silah satışlarını istisna etmir


Rusiya İrana silah satışlarını istisna etmir
Rusiya İrana silah satışlarını istisna etmir

Rusiya Irana silah və digər hərbi ləvazimatın göndərilməsinin mümkünlüyünü nəzərdən keçirir. Rusiyanın müdafiə nazirliyinin rəsmiləri Kommersant qəzetinə bildiriblər ki, BMT-nin Tehrana bir sıra silah növlərinin satışına dair qadağasına baxmayaraq, İrana silah satışları mümkün ola bilər. Federal Hərbi-Texniki Əməkdaşlıq Şurasının direktoru Mixail Dmitriyev deyib ki, BMT-nin qadağasının geniş sahəni əhatə etməsinə baxmayaraq, bri sıra başqa imkanlar var. Onun sözlərinə görə, məsələ iki ölkə arasında müzakirə olunur.

XS
SM
MD
LG