Accessibility links

Rusiyanın TASS xəbər agentliyinin məlumatda bildirilir ki, Sankt-Peterburq şəhərinin metro stansiyasındakı partlayış 11 nəfərin həyatına son qoyub, azı 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb . Yaralılar arasında 25 böyük və 1 uşaq xəstəxanaya çatdırılıb.

İnterfaks xəbər agentliyi intihar hücumunun Orta Asiyadan gəlmə şəxs tərəfindən törədildiyini deyir. 23 yaşlı kişi bombanı qatara öz bel çantasında gətirib.

Hücuma görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə yerinə gələn Putin "Texnoloji İnstitut" metro stansiyası yaxınlığında gül dəstəsi qoyub.

Hadisə yerinə gələn Putin "Texnoloji İnstitut" metro stansiyası yaxınlığında gül dəstəsi qoyub.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, "Sennaya Ploşad" metro stansiyasının qarşısında azı 8 təcili yardım maşını olub.

Rusiyanın RIA Novosti xəbər agentliyi iki metro stansiyasında partlayış baş verdiyini bildirib.

Şəhərin bütün metro-stansiyalarının bağlandığı deyilir.

Şəhərdə üç günülk matəm elan edilib.

Partlayış baş verərkən Sankt Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenka ilə görüşən Rusiya prezidenti Vladimir Putin həlak olanların ailələrinə başsağlığı verərək, bütün lazımı yardımların həyata keçiriləcəyinə vəd verib.

İstintaq davam edir.

Baş Prokurorluğun KİV-i ilə əlaqə idarəsinin rəisi Aleksandr Kurennoy hadisəni terror aksiyası kimi qiymətləndirib.

ABŞ prezidenti Donald Tramp partlayışı "büsbütün dəhşətli bir hadisə" adlandırıb. BMT Baş Katibi Atonio Quterreşin sözçüsü "bu dəhşətli akta görə məsuliyyət daşıyanların cavabdeh tutulması"-na çağırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG