Accessibility links

Belarus Avropaya Rusiyadan qaz və neftin nəqlini kəsəcəyi ilə hədələyir


Prezident Aleksandr Lukaşenko bu gün deyib ki, Rusiyanın Qazprom şirkəti borcunu gələn iki gün ərzində ödəməsə, həm neft, həm qazın Avropaya nəqli kəsiləcək

Belarus Moskva enerji tranzitinə görə mübahisələrə səbəb olmuş borcunu ödəmədiyi halda, Avropaya Rusiyadan qaz və neftin nəqlini dayandıracağı ilə hədələyib.

Prezident Aleksandr Lukaşenko bu gün deyib ki, Rusiyanın Qazprom şirkəti sözü gedən borcunu gələn iki gün ərzində ödəməsə, həm neft, həm qazın Avropaya nəqli dayandırılacaq.

Belarus rəsmilərinin sözlərinə görə, Rusiya qaz tranzitinə görə 260 milyon məbləğində borcun yalnız 228 milyonunu ödəyib.

Qazpromun sözçüsü Sergey Kupriyanov deyib ki, Rusiyanın hazırkı müqaviləyə əsasən Belarusa heç bir borcu yoxdur.

Qazprom bundan öncə Belarusun börcu olduğunu iddia edərək, bazar ertəsindən ölkəyə qazın nəqlini azaltmağa başlamışdı. Minsk 200 milyona yaxın borcunu ödədikdən sonra Qazprom nəqli bərpa etmişdir.

XS
SM
MD
LG