Accessibility links

Viktor Bout ABŞ-ın təklifini rədd edib


Viktor Bout ABŞ-ın təklifini rədd edib
Viktor Bout ABŞ-ın təklifini rədd edib

Birləşmiş Ştatlarda saxlanılan rus silah alverçisi Viktor Bout ABŞ-ın onu Rusiya və başqa ölkələrdə əlaqə saxladığı şəxslərin adlarını açıqlamağa vadar edəcək günahını etiraf etməsinə dair sövdəsini rədd edib. ABŞ həbsxanasında məhkəməsini gözləyən Bout Vaşinqtonu ona qarşı yaxşı təşkil olunmuş piar kampaniya aparmaqda ittiham edərək deyib ki, o, Birləşmiş Ştatlarda ədalətli məhkəmə keçiriləcəyini gözləmir. Boutsun şərhləri bu gün Rusiyanın RİA Novosti xəbər agentliyi tərəfindən dərc edilib. 43 yaşlı hərbi mütərcim Viktor Bout günahkar olmadığına təkid edir və ABŞ rəsmilərini müxtəlif beynəlxalq problemləri onun üzərinə atmaqda ittiham edir. Bout ABŞ agentlərinin əməliyyatından sonra iki il bundan əvvəl həbs edildikdən sonra Tailanndan Birləşmiş Ştatlara ekstradisiya edilib.

XS
SM
MD
LG