Accessibility links

Rusiyada avtomobil satışlarının həcmi xeyli azalıb [Video]


Rusiya iqtisadiyyatında tənəzzül səbəbindən 2015-ci ildə avtomobil satışlarının həcmi üç dəfədən çox azalıb. Buna baxmayaraq, lüks və bəzi brendlərin satışında hələ də artım müşahidə edilir.

İqtisadi tənəzzül və inflyasiya səbəbi ilə keçən il Rusiyada avtomobil satışlarının həcmi 36 faiz azalıb. Lakin çox maraqlıdır ki, rublun devalvasiyası lüks avtomobil satışlarının artmasına və zəngin rusların nağd pulla sərmayə yatırımlarına yol açıb.

İqtisadi durum eləcə də bəzi şirkətlərin Rusiyanı tərk etməsinə səbəb olub. Diler Andrey Zemlyanoy: “Böhran qiymətlərin artmasına səbəb oldu və mən qiymətləri daha münasib olan Çin avtomobillərinə baxmaq qərarına gəldim.”

Çinin Moskvadakı “Brilliance” şirkətinin dileri Timur Cəlilov bazarda vəziyyət nəzərə alındıqda satışların artmaqda davam edəcəyini deyir. “Bizim gələcəyimiz ona görə yaxşı olacaq ki, bu gün bir dollar 70 rubldan çox olduğuna görə ruslar bir çox Avropa şirkətinin mallarını ala bilmir. Çoxları Avropa və ya Amerika deyil, Çin avtomobilləri almağa başlayıb.”

Əmək haqqının aşağı düşməsi səbəbindən ictimai nəqliyyatdan istifadənı azaldan ruslar avtomobil daha almağı münasib bilir. “Təzə avtomobil almaq mənim üçün prioritet deyil. Mənim avtomobilim elə də köhnə deyil, həm də indi böhrandır. Hələlik bu fikirdə deyiləm” deyə, metro işçisi bildirir.

Eyni zamanda avtomobil satışlarının azalmasına baxmayaraq, Moskvanın tıxacları yüngülləşməyib.

XS
SM
MD
LG