Accessibility links

Dünyanın avtomobil istehsalçıları Rusiyaya investisiya qoymağa can atır


Dünyanın avtomobil istehsalçıları Rusiyaya can atır
please wait

No media source currently available

0:00 0:03:01 0:00
Rusiyada istehsal edilən avtomobil deyəndə köhnə, dördkünc və maraqsız görünüşlü maşın təsəvvürə gəlir. Lakin hal-hazırda dünyanın avtomobil istehsalçıları Rusiyaya investisiya qoymağa can atır.

Moskvanın Beynəlxalq Avtomobil Sərgisində Rusiyanın dünyanın avtomobil satışı üzrə yuxarı beşliyə daxil olduğunu görürük. Bu il Avropada avtomobil satışlarının zəifləməsinə baxmayaraq, Rusiya bu sahədə irəli gedib. 2014-cü ildə Rusiya avtomobil bazarında birincilik üzrə Almaniyanı əvəzləyə bilər. Bu isə Çin, Birləşmiş Ştatlar və Yaponiyadan sonra Rusiyanı dördüncü yerə çıxara bilər.

Rusiya iki həftə bundan əvvəl Dünya Ticarət Təşkilatına daxil oldu. Ona görə də Rusiyada maşın şirkətləri tariflər ləğv olunmazdan öncə maşın istehsalını sürətləndirməyə tələsirlər. ABŞ-ın Ford, General Motors və Kraysler avtomobil şirkətləri Rusiyanın avtomobil zavodlarına 1 milyard dollar həcmində investisiya qoymağı planlaşdırırlar.

Ted Cannis Ford Sollers birgə müəssisəsinin prezidentidir. “Biz 10 il bundan əvvəl ilk gələnlərdənik ki, burada 500 min avtomobil istehsal etmişik. Rusiyanın Ford şirkəti üçün böyük potensialı var.” - deyə, o bildirir.

General Motors şirkətinin Rusiya üzrə prezidenti Ceyms Bovenzi şirkətinin gələn beş ildə Rusiyadakı ishetsalını beş dəfə artırmağı planlaşdırdığını deyir. “Ceneral Motors Rusiya bazarına böyük önəm verir. Biz buradakı bazarın dünyada sürətlə böyüyən bazar olduğunu görürük.”

Nüfuzunu daha da artıqmaq üçün General Motors keçən ilin iyun ayında Sankt-Peterburqda tikəcəyi zavodun təməliinin qoyulması mərasiminə Henri Kissinceri də dəvət etmişdi.

Bu il Rusiyada avtomobil satışının səviyyəsi 14 faiz qalxıb və avto-salonlar tələbata cavab verməyə çalışırlar. Moskvada yeni Kraysler avto-salonu açılıb. Şirkətin Rusiya üzrə baş direktoru Con Stiç yeni avtomobillərin rusiyalı alıcıların tələblərinə cavab verdiyini deyir. “Əvvəlcə biz tələblərə lazımi cavab verə bilmirdik. Lakin hal-hazırda bizim daha yaxşı təchizatımız var”.

Avtomobil satışları artımı üçün böyük potensial var. belə ki, hər 4 rusiyalıdan birinə avtomobili düşür ki, bu, da Qərbi Avropa və Birləşmiş Ştatlarla müqayisədə iki dəfə azdır.

Troyka Dialoqu-dan Kris Vifer Rusiyada istehlakçıların ciblərinin dolu olduğunu deyir.
“Bu, dünyada ən sürətlə artan istehlakçı bazarıdır. İnsanların illik gəliri 8000 dollar təşkil edir və növbəti 4-5 ildə bu rəqəmin 12 000-ə çatacağı gözlənilir.

İndi, avtomobillərin sürətlə artdığı bir vaxt, əsas problem əlavə yolların salınması və qarajların tikilməsidir.
XS
SM
MD
LG