Accessibility links

Rusiyanın müxalifət lideri genişmiqyaslı nümayişlərə çağırır [Video]


Rusiya müxalifətinin lideri Aleksey Navalnı çərşənbə axşamı məhkəmənin ona qarşı dələduzluq ittihamı irəli sürməsindən sonra Moskvanın mərkəzinə toplaşan tərəfdarlarına qoşulmaq istəyərkən həbs edildi. Məhkəmə vəkil və bloger Navalnını şərti, lakin onun qardaşı Oleqi Navalnını 3 il yarım həbs cəzasına məhkum etdi.

Aleksy Navalnının yüzlərlə tərəfdarı çərşənbə axşamı gecə Kremlin yaxınlığına toplaşaraq, müxalifət lideri və onun qardaşı Oleqin azadlığa buraxılmasını tələb etdi. Polis ev dustaqlığı cəzasını pozaraq, yürüşə qoşulmağa cəhd edən Navalnını dərhal həbs etdi.

Elə həmin gün günorta saatlarında, özünə qarşı dələduzluq ittihamı irəli sürüldükdən, qardaşı isə 3 il yarım həbs cəzasına məhkum edildikdən sonra Navalnı tərəfdaşlarını genişmiqyaslı küçə yürüşlərinə çağırıb. “Belə bir hökumət yaşamağa layiq deyil, o dağılmalıdır. Mən bu gün hər kəsi küçələrə çıxmağa çağırıram, bu hakimiyyət məhv edilməyənə qədər mən hamını küçələrdə qalmağa çağırıram.”

​Vaşinqtonda, Birləşmiş Ştatların Dözlət Departamentinin sözçüsü Cef Ratke məhkəmə qərarının narahatedici olduğunu deyib. “Bizim zənnimizcə belə bir ittiham gələcəkdə siyasi fəallığa hədədir. Bu, bir daha sübut edir ki, Rusiya hökuməti söz azadlığına qarşıdır.”

Cef Mankof Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Rusiya üzrə ekspertdir. O deyir ki, yüksək səviyyəli fəallara hücumlar hökumətin insanlara Rusiyada onların hüquqlarının qorunmayacağına dair mesajıdır.

“Hərçənd ki, 2011-ci ildən bəri ölkədə irimiqyaslı müxalifət yoxdur və Putinin reytinqləri 80 faiz civarındadır, bu məsələ ilə hökumətin davranışı onun müxalifətdən necə ehtiyatlandığını göstərir.”

Navalnının fikrincə bu il millətçiliklə yanaşı Krımın Rusiyaya ilhaqı ictimaiyyətin diqqətini ölkədəki korrupsiyadan yayındırdı. 2011 və 12-ci illərdə xalqın Putinə qarşı olduğunu nümayiş etdirmək üçün Navalnı genişmiqyaslı aksiyalar təşkil etdi.

Rusiyadan siyasi təhlilçi Nikolay Petrov deyir ki, məhkəmənin Navalnının qardaşına qarşı çıxardığı hökm Kremlin müxalifətdən qorxduğunu bir daha sübut edir. "Onlar Navalnını dəmir barmaqlıqlar arxasına salmaqla onun qəhrəman kimi qəbul edilməsindən qorxurlar. Onlar bunun digər müxalifət hərəkatlarının da lideri kimi qəbul edilməsindən çəkinirlər.

Navalnının 33 mindən çox tərəfdarı yanvarın 15-nə təyin edilən məhkəmə qərarına qarşı imza atıb. Lakin bazar ertəsi təyin olunan gün qəfildən iki həftə əvvələ çəkildi. Tələsik təşkil edilən sonuncu nümayişdə Navalnı tərəfdarları Rusiyada azadlığa çağırdılar və Putini qınadılar.

Nümayişə toplaşan Navalnı tərəfdarları ilə Putin tərəfdarları arasında qarşıdurma baş verdi. Bir neçə nəfər meydanı boşaltmağa gələn OMON tərəfindən həbs edildi. Bir-iki saatdan sonra isə meydanda müxalifətdən əsər-əlamət yox idi.

XS
SM
MD
LG