Accessibility links

Rusiya Krım tatarlarının könlünü almağa çalışır [Video-Təhlil]


​Rusiyanın Krımı ilhaqından 3 ay sonra Rusiya rublu valyuta olub və 2.3 milyon Krım sakini Rusiya pasportu alamq üçün müraciət edib. Lakin bu Qara dəniz landşafında aydın olmayan bir məsələ qalıb, müsəlman tatarlar.

Moskvada keçirilən Krım tatarlarının əsərlərindən ibarət sərgiyə Rusiyanın elitar təbəqəsinə mənsub insanları gəlib. Rusiya müsəlmanlarının lideri, mufti Ravil Qaynuddin Rusiyanın Krımı ilhaq etməsindən dərhal sonra bölgəyə səfər edib. 20 milyon müsəlmanı olan Rusiyanın 250 000 Krım tatarı onu alqışlayıb.
Ravil Qaynuddin

Ravil Qaynuddin

“Mən Krım tatarlarının yaxın zamanda Rusiya Federasiyası tərkibində şəraitlərinin yaxşılaşacağına, dövlət orqanları və dövlət müəssisələrində layiqli yer alacaqları üçün dua edir və buna ümid edirəm” - deyə, Ravil Qaynuddin bildirir.


Rusiya parlamentinin üzvü və müsəlman məsələləri üzrə ekspert Mixail Margelov jurnalistlərə deyib ki, prezident Putin bu yaxınlarda 1944-cü ildə Stalinin əmri ilə kütləvi deportasiya edilən Krım tatarlarının reabilitasiyasi ilə bağlı qanuna imza atıb.
“Vladimir Putinin repressiyalara uğramış millətlərin reabilitasiyası ilə bağlı qanunu işləyir və işləyəcək. Krım tatarlarına qarşı tarixi yaralar, tarixi cinayətlər tərəziyə qoyulmalı və onların nəticələri aradan qaldırılmalıdır.”



Lakin mətbuat konfransında şıxış edən rəssam Mamut Çurlu Krım tatarlarının Moskvanın hakimiyyəti altına qayıtmalarından narahat olduqlarını dedi. “İnsanlar bütün gecəni geyimli, əllərində əşyaları gözləyirdilər. Onlar eportasiya ediləcəklərini düşünürdülər.”

Mayın 18-i Krım tatarlarının deportasiyasının 70-ci ildönümü idi. Həmin gün Kiyevdə anım və yürüşlə qeyd edildi. İnsanlar əllərində “Krım tatarları və ukraynalılar qardaşdırlar” şüarları daşıyır, “ən vacib Ukraynadır” mahnısı oxudu.
Krım tatarları

Krım tatarları

Moskvanın ilhaqından sonra 15000 tatar Krımı tərk etdi. Ənifər Kursitova ailəsi ilə birlikdə Kiyevə qaçdı. “Çoz çətindir. Biz nə vaxtsa Krıma qayıdıb. Orada yaşayacağımıza ümid edirik, Biz buraya müvəqqəti gəlmişik.”

Sovet dönəmidən tatarların lideri olan Mustafa Cəmilov (Krımoğlu) Rusiyanı Krıma nəzarətinə son qoymağa çağırıb. “Mən yaxın gələcəkdə Keım tatarlarının yeni bir günü bayram edəcəklərinə ümid edirəm, işğalın sonu gününü.”
Mustafa Cəmil Krımoğlu

Mustafa Cəmil Krımoğlu

Lakin Krımın nəzarətinin verildiyi, Rusiyanın de-fakto baş naziri Sergey Aksyonov Cəmilovun Krıma qayıtmasına qadağa qoyub. Keçən ay Aksyonov tatarların deportasiyasyalarının ildönümünü də qeyd etmələrinə qadağa qoydu.

Bəziləri azlıqda olan Krım tatarlarının özlərinə qarşı təzyiqlər hiss etdikləri rəqdirdə, onların gənclərinın Suriyada döyüşən rusdilli müsəlmanlara qoşulmalarından narahatdır. Keçən ay cihadçılar müqəddəs torpaqları uğrunda döyüşmək üçün Krım tatarlarını Suriyaya təlilmlər keçməyə çağırdılar.

Moskvaya gəldikdə isə belə bir sual meydana gəlir, görəsən Kreml radikallaşmadan çəkinərək, Krım tatarlarına iqtisadi yadım və siyasi fasilə verəcəkmi?
XS
SM
MD
LG