Accessibility links

Rusiyanın Katolik azlıqları Rusiya Patriarxının Roma Papası ilə görüşünü alqışlayır [Video]


Rusiyanın Katolik azlıqları Rusiya Patriarxının Roma Papası ilə görüşünü alqışlayır
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Rusiyanın Katolik azlıqları Rusiya Patriarxı Kirilin cümə günü Kubada Roma Papası ilə ilk tarixi görüşünü alqışlayır. Pravoslav kilsəsi Romadan 1054-cü ildə ayrılıb. O dövrlərin siyasətindən danışan təhlilçilər həm kilsə, həm də dövlətin əsrlər boyu aparıcı qüvvə olduğunu deyirlər.

Dünya boyu bir milyarddan çox Pravoslav var ki, onlar Rusiya əhalisinin bir faizinin yarısını təşkil edir. Ölkədə azlıq təşkil etmələrinə baxmayaraq, Rusiya pravoslavları Kubada Roma Papası ilə Rusiya Partiarxı Kirilin tarixi görüşünü hərarətlə qarşılayır.

Müqəddəs Məryəm Kilsənindən Kiril Ata: “Mən bunun bizim dualarımıza cavab olduğunu hiss edirəm. Bu görüşün baş tutması üçün uzun zaman dua etdik. Əlbəttə biz bu görüşün Moskvada keçiriləcəyinə ümid edirdik.”

Havana aeroportundakı görüşün minillik ayrılığa son qoyacağı illüziyası əlbəttə ki, yoxdur. Rusiyalı Katolik Yelena Baranova: “Kilsələrin birləşəcəyini düşünmək utopiya olardı. Lakin mən kilsələr arasında əməkdaşlığın olacağını düşünürəm.”

Sovet dönəmində də asılı vəziyyətdə olan katoliklərdən Rusiyanın Qərblə hazırkı böhranı da yan keçmir. “Onlar bizə”bunlar burada nə edirlər? Onlar İtaliyada, İspaniyada, Avropada olmalıdırlar” deyirlər. Lakin katoliklər hər yerdə olduğu kimi, burada da var” deyə, Kiril Ata bildirir.

Rusiya patriarxı vaxtilə Sovet dövləti olan Ukrayna ilə bağlı mübahisələrə görə Vatikanın danışıqlar təklifini rədd etmişdi. Lakin Provaslav Kilsəsi dünya boyu xristianlara qarşı fərqləri kənara qoyub, bir araya gəlmək qərarına gəlib. “Bilirsiniz, mən hər bir müsbət nəticə verən görüşü alqışlayıram. Görüşün hər şeyi birmənalı, özünəuyğun şəkildə qəbul edən Avropada deyil, Kubada keçirildiyini də alqışlayıram” deyə, Ortodoks dindar Yekaterina Bojenova bildirir.

Partriarx və Roma Papasının görüşü prezident Vladimir Putinin Qərbin Rusiyaya qarşı daha az tənqidi mövqedən çıxış edən mühafizəkar liderlərinə səsini çatdırmağa çalışdığı vaxta təsadüf edir.

XS
SM
MD
LG