Accessibility links

Moksvadan Azərbaycana gedən yük qatarı patlayış nəticəsində relsdən çıxıb


İnterfaks agentliyinin verdiyi xəbərə əsasən, sübh tezdən baş vermiş partlayış tikinti materialları daşıyan qatarın yeddi vaqonunun relsdən çıxması ilə nəticələnib

Rusiya rəsmiləri bildirir ki, dəmir yolu xəttində yerləşdirilmiş bombaların partlaması nəticəsində Moskvadan Azərbaycana gedən yük qatarı Dağıstan ərazisində relsdən çıxıb.

Sübh tezdən baş vermiş partlayışlar tikinti materialları daşıyan qatarın yeddi vaqonunun relsdən çıxması ilə nəticələnib. Polis bildirir ki, xilas etmə işçilərini hədəf almaq məqsədi daşıyan ikinci bomba bir qədər sonra işə düşüb. Hadisə nəticəsində yaralananların olmadığı bildirilir.

Şənbə günü Rusiya rəsmiləri Dağıstanda silahlı şəxslərin bir polis zabitini öldürdüyünü, bir neçə nəfəri yaraladığını bildiriblər.Çərşənbə günü isə Dağıstanda intiharçı bomba hücumu nəticəsində polis zabiti də daxil olmaqla, 12 nəfər həlak olmuşdu.

Keçən həftə hücumlardan sonra Dağıstana səfər etmiş Rusiya prezidenti Dmitri Medvedev militantlar və onlara yardım edənlərə qarşı birgə əməliyyata çağırıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG