Accessibility links

Rusiyanın Dağıstan regionunda intiharçı hücumu həyata keçirilib


Rusiyadan alınan xəbərdə deyilir ki, bu gün Qafqazın Dağıstan regionunun yoxlanış məntəqəsində həyata keçirilən intiharçı hücumu nəticəsində üç polis işçisi ölüb, altı nəfər yaralanıb. Hadisə zamanı bir polis zabitinin itkin düşdüyü bildirilir.

Rusiya rəsmiləri intiharçının bomba yerləşdirilmiş maşını Xasavyurt yoxlanış məntəqəsində saxlamağa cəhd etdiyi zaman partlatdığını deyirlər.

Rusiya zorakılıqlarda Dağıstanda müsəlman dövləti yaratmaq uğrunda mübarizə aparan İslamçı yaraqlıları günahlandırır.
XS
SM
MD
LG