Accessibility links

Prezident Medvedev Dumaya seçkilərin gününü açıqlayıb

  • Amerikanın səsi

Prezident Medvedev Dumaya seçkilərin gününü açıqlayıb

Prezident Medvedev Dumaya seçkilərin gününü açıqlayıb

Rusiya prezidenti Dmitri Medvedev parlamentin aşağı palatası Dumaya seçkilərin dekabrın 4-ü keçiriləcəyini elan edib. Bu gün Soçidə siyasi partiya liderləri ilə görüşündə cənab Medvedev Dövlət Dumasına seçkilər üçün təyin edilmiş gün haqda sərəncamın açıqlandığı gündən qüvvəyə mindiyini deyib. 450 yerlik Dumada Baş nazir Vladimir Putinin Vahid Rusiya partiyası üstünlük təşkil edir. Cənab Medvedev deyib ki, Dumanın gələcək tərkibi vətəndaşların geniş təbəqələrinin siyasi baxışlarını əks etdirəcəyinə ümid bəsləyir. O, siyasi partiyaları ekstremist kampaniyalar və qeyri-qanuni aksiyalardan çəkinməyə çağırıb. Nə cənab Medvedevin ikinci dönəm prezident seçilmək üçün, nə də onun sələfi cənab Putinin seçkilərə qatılıb-qatılmayacağı məlum deyil. Lakin onlar bir-biri ilə rəqabət aparmayacaqlarını bildiriblər. Rusiyada prezident seçkiləri martda ayında keçirilməlidir. Hələlik seçkilərin dəqiq tarixi məlum deyil.

XS
SM
MD
LG