Accessibility links

Rusiyada parlament seçkilərində səsvermə başa çatıb (YENİLƏNİB)


Rusiyada parlament seçkilərində səsvermə başa çatıb (YENİLƏNİB)
Rusiyada parlament seçkilərində səsvermə başa çatıb (YENİLƏNİB)

Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasına seçkilərdə exit poll baş nazirVladimir Putinin iqtidar partiyasının səslərin 48 faizini aldığını göstərir. Kommunist səslərin 19 faizi ilə ikinci yerdədir.

Dörd il bundan əvvəl baş nazirin "Vahid Rusiya" partiyası səslərin 64 faizini əldə etmişdi.Lakin təhlilçilər son illər partiyanın populyarlığının kəskin aşağı düşdüyünü proqnozlaşdırırdı. Rusiya təhlilçiləri seçicilərin zənginlər və yoxsullar arasında uçurumun dərinləşməsi və hökumət orqanlarında korrupsiya iddiaları ilə bağlı narazılıqlarının artmasını qeyd edir.

Moskvanın RT televiziyası bazar günü Moskvada 100-dən çon adamın həbs edildiyi haqda məlumat verib. Xəbərlərə əsasən, onların çoxu sanksiyalaşdırılmamış mitinq keçirmək cəhdi ilə əlaqədar saxlanılıb.

Rusiyada seçkiləri monitorinq edən müstəqil “Qolos” assosiasiyası Amerikanın səsinə bildirib ki, polis müşahidəçilərin ölkə boyu səsvermə məntəqələrində prosesi müşahidə etməsinə imkan verməyib.

“Qolos” və “Exo Moskvı” radio stansiyası veb saytlarının hakerlərin hücumuna məruz qaldığı haqda məlumat verir. Həm radio stansiya, həm monitorinq qrupu xidmət funksiyasının pozulmasına görə onların veb saytlarından istifadənin mümkün olmadığını bildirib.

“Qolos” keçən həftə səsvermədən öncə seçki pozuntuları ilə bağlı 5300 şikayətin daxil olduğunu bildirib.

XS
SM
MD
LG