Accessibility links

Rusiyada regionlarda qubernator və deputatların seçkisi keçirilir


Rusiya seçiciləri qubernatorlar, bələdiyyə başçıları, yerli parlament və şəhər şuralarına deputatlara səs verir

Son səkkiz ildə ilk dəfə olaraq Rusiya seçiciləri regionlarda qubernatorlar, bələdiyyə başçıları, yerli qanunvericilik orqanlarına deputatlar və şəhər şuralarının nümayəndələrinin seçkisində səs verir. Rusiyanın 83 vilayətindən 77-də keçirilən səsvermədə qubernatorlar da daxil olmaqla təxminən 5 min namizəd seçilir.

Rusiyanın Daxili İşlər nazirliyinin verdiyi məlumata görə, səsvermə dinc şəraitdə keçir. İTAR-TASS agentliyi daxili işlər nazirliyinə istinadən əvvəlki seçkilərlə müqayisədə daha az pozuntu halının qeydə alındığı halda məlumat verib.

Bu, 2004-cü ildə o zaman ölkə prezidenti olmuş Vladimir Putinun bu seçkiləri ləğv etdikdən sonra Rusiyada regionlarda keçirilən ilk belə seçkilərdir. Ondan sonra prezident olmuş hazırkı baş nazir Dmitri Medvedev keçən il dekabr ayında parlament seçkilərindən sonra genişmiqyaslı etiraz nümayişlərindən sonra regionlarda seçkiləri bərpa etmişdir.

Təhlilçilərin fikrincə, səsvermə hazırkı administrasiyaya heç bir şəkildə təsir göstərməyəcək.

Moskva Helsinki qrupunun sədri Lyudmila Alekseyeva ölkədə azad seçki keçirilməsinin mümkün olmadığını bildirib.

Müxalifət partiyalarının namizədləri prosedurla əlaqədar məsələlərə görə səsvermə bülletenlərinə adlarının salınmadığını bildririb.
XS
SM
MD
LG