Accessibility links

Rusiya qərbdən ərzaq idxalına qadağanı genişləndirmək istəyir [Video]


Ukraynaya təcavüzünə görə Avropa Birliyinin sanksiyalarının davam etməsinə qarşı Rusiya Qərbdən ərzaq idxalına qadağanı genişləndirməyi düşünür. Artıq həyata keçirilməyə başlayan bu qadağa Avropadan Rusiyaya gələn ət məmulatlarının və pendirin qiymətinin artmasına səbəb olsa da, bazarda yerli ərzağa daha çox yer verilib.

"Don Culionun delikateslər Moskvada” reklamı Rusiyanın Qərb ərzağına qoyduğu ticarət embarqosuna işarədir. Polis işçilərinin də diqqətini çəkdiyi bu reklamda birbaşa İtaliya ərzağına qadağadan söhbət açılır.

Bu qadağa hazırda bazarda olan məhsullara deyil, yeni idxal məhsullarına aid olsa da, “Don Culionun delikatesləri” mağazasının müdiri Culio Zompi qiymətlərin Rusiyanın qadağaya başlamasından əvvəl qalxdığını deyir. “Bu maliyyə baxımından ilk təsir idi, çünki biz böyük miqdarda ərzaq alırıq.”

O, həmçinin hər hansı idxala qadağanın qarşısını alan əlavə layihə də hazırlayıb. “Biz buna embarqodan əvvəl başladıq. İtaliya ərzağını Rusiyada italyanlar hazırlayır. Biz hətta Rusiyada italiyalılar tərəfindən hazırlanan mallar üçün kiçik loqo da yaratdıq. İndi burada bəzi pendir və ət məmulatları istehsal edirik”.

Rusiyadakı iqtisadi böhran bahalı pendirlər almağa imkan vermir. Zompi deyir ki, Rusiyanın qoyduğu qadağaya baxmayaraq, hazırda onun mağazası laktozsuz pendirlə doludur. “Biz idxalına qadağa qoyulan “Parmijano-Regiano” və “Qrana Padano” kimi pendirləri indi özümüz istehsal edirik… Yalnız “Salami”ni istehsal etmirik”

Lakin Zompi onu da əlavə edir ki, bəzilərinin bu ideyadan istifadə edərək, Rusiyada hazırlamağa çalışdıqları İtaliya pendirlərinin lazımi dadı yoxdur. Rusiyalı pendir istehsalçısı Danil Sokolov bu fikirlə razı deyil. “Avropalı istehsalçının burada bu işi görməsi o demək deyil ki, o bizim məhsulumuzun dadından danışa bilər. Bizim pendirin dadına baxmadan, onun necə olmasından danışmaq olmaz.”

Danil Sokolov deyir ki, əgər qadağa yaxın zamanda ləğv edilsə belə, onun Avropanın bahalı şirkətləri ilə rəqabət aparmaq fikri yoxdur.

Bu arada isə, defisiti aradan qaldırmaq üçün İtaliya restoranları yerli istehsalçılarla işləməyə meyllidir.

XS
SM
MD
LG