Accessibility links

Rusiya prezidenti Abxaziya ilə ələqələri genişləndirməyə söz verib


Gürcüstanda müharibənin ikinci ildönümü münasibətilə çıxışında prezident Mixail Saakaşvili deyib ki, torpaqları azad etmək üçün hər gün mübarizə aparmaq Gürcüstanın vəzifəsi olaraq qalır

Rusiya prezidenti Dmitri Medvedev Moskvanın müstəqil ölkə kimi tanıdığı iki ölkədən biri, Gürcüstandan ayrılmaq istəyən Abxaziya ilə iqtisadiyyat və təhlükəsizlik sahələrində əlaqələri inkişaf etdirməyə söz verib. Cənab Medvedev bunu bu gün Gürcüstanla müharibənin ikinci ildönümü Abxaziyanın Suxumi şəhərində deyib. O bildirib ki, ərazilərin müstəqilliyinin tanınması asan qərar olmayıb. Lakin zaman bunun düzgün qərar olduğunu göstərib. Gürcüstanda müharibənin ikinci ildönümü münasibətilə çıxışında prezident Mixail Saakaşvili deyib ki, öz ərazilərini azad etmək üçün hər gün mübarizə aparmaq Gürcüstanın vəzifəsi olaraq qalır. Vaşinqtonda ABŞ senatoru və prezidentliyə keçmiş namizəd Con Makkeyn ABŞ-ın Gürcüstana dəstəyinin artırılmasına çağırıb.

XS
SM
MD
LG