Accessibility links

Rusiya və Gürcüstan nümayəndələri Cenevrədə danışıqların növbəti raundunu keçirir


Müzakirələrin diqqət mərkəzində Gürcüstan və Rusiya tərəfdarı regionlar arasında gələcəkdə zorakılıqların baş verməsinin qarşısını almaq məsələsi durur.

Rusiya, Gürcüstan və Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiya regionlarının nümayəndələri bu gün Cenevrədə beynəlxalq vasitəçilərlə aparılan sülh danışıqlarının növbəti raundunu keçirirlər. Müzakirələrin diqqət mərkəzində Gürcüstan və Rusiya tərəfdarı regionlar arasında gələcəkdə zorakılıqların baş verməsinin qarşısını almaq məsələsi durur.

2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasında beş gün sürən müharibə Fransanın vasitəçiliyi ilə atəşkəs razılığı əsasında bitmişdir. Bundan bir neçə həftə sonra Moskva qərbin etirazlarına baxmayaraq, hər iki ərazini müstəqil dövlət kimi tanımışdır.

Hazırda BMT-nin vasitəçilik etdiyi danışıqlarda həmçinin Avropa Birliyi və ATƏT-invasitəçiləri də iştirak edir.

XS
SM
MD
LG