Accessibility links

Medvedev:”Vahid Rusiya” Gürcüstanla münasibətlərin gələcəyi ilə bağlı dialoqa hazırdır


Rusiya Baş naziri Gürcüstanda müxalifətin qələbəsilə bağlı xəbərləri şərh edib


Baş nazir Dmitri Medvedev “Vahid Rusiya” partiyasının ölkədə aparıcı siyasi bir qüvvə olaraq Rusiya-Gürcüstan münasibətlərinin gələcəyilə bağlı dialoqa hazır olduğunu bəyan edib.

Rusiya baş naziri Gürcüstanda parlament seçkilərində müxalifətin qələbəsilə bağlı xəbərlərə münasibətini bildirərək, “Vahid Rusiya” partiyasnın Gürcüstanda müxtəlif siyasi qüvvələrlə əlaqə saxladığını qeyd edib.

Rusiya mətbuatının verdiyi məlumata görə, cənab Medvedev səsvermənin gürcü xalqının dəyişiklik istəyini əks etdirdiyini deyib.

Baş nazir seçkilərin Gürcüstanda siyasi landşaftın daha rəngarəng olmasına gətirib çıxaracağına deyib.
XS
SM
MD
LG