Accessibility links

Rusiya höküməti sosial şəbəkə istifadəçilərinə nəzarət etmək istəyir (audio)


Rusiya höküməti sosial şəbəkə istifadəçilərinə nəzarət etmək istəyir (audio)

Rusiya höküməti sosial şəbəkə istifadəçilərinə nəzarət etmək istəyir (audio)

Rusiyada haker hücumuna məruz qalan ən iri blog platforması Live Journal-dan 5 milyon blogger istifadə edir və buraya ayda 13 milyon post yerləşdirilir.

Güclü haker hücumu cümə axşamı Rusiyanın məşhur `Novaya Gazeta`müxalifət qəzetinin internet səhifəsini sıradan çıxardıb. Keçən həftə üç gün sürən haker hücumları bloggerlərin istifadə etdikləri ölkənin əsas bloq platformu `Live Journal`-ı bir neçə dəfə yararsız vəziyyətə gətirib.

Rusiyada internet istifadəçilərinin sayı hər gün 10000 nəfər artdığı bir vaxtda, təhülkəsizlik rəsmiləri bu geniş kiber məkana nəzarət edə bilmirlər.

Ərəb dünyası boyu gənclər tərəfindən keçirilən üsyanların ardınca FSB Facebook və başqa sosial şəbəkələrdən istifadə edən hər bir Rusiya vətəndaşının pasport məlumatı və ev ünvanı daxil olan istifadəçi müqaviləsi imzalamalarını tələb edir.

FSB üzrə kitabın müəllifi Andrey Soldatov internetə nəzarətə yönələn bu hərəkata dair nöqtyi-nəzərini izah edir.

Andrey Soldatov: `Bu Yaxın Şərq və Şimali Afrikada, Tunisdə, Misirdə baş verənlərin bilavasitə nəticəsidir. Bir çox mütəxəssislər və siyasətçilər sosial şəbəkənin baş verən hadisələrdə mühüm rol oynadığını düşünürlər.`

Rusiyada bu il seçkilər keçiriləcək. Parlament seçkiləri dekabr ayında olacaq. Prezident seçkiləri isə mart ayında keçiriləcək. Hakimiyyətdə olan Vahid Rusiya partiyası ötən il regional seçkilərin qalibi olub. Lakin seçkilərdə az adam iştirak etmişdir.

Soldatov bu həftə edilən haker hücumlarının bu ilin sonunda keçiriləcək seçki kampaniyası və səs vermələrin sayılması zamanı sosial şəbəkələrin və mediyanın susturulması üçün keçirilən prafilaktika xarakteri daşıdığını bildirib.

Andrey Soldatov: `Mənim üçün bu texnaloji test kimi bir şeydi. Bu cür mühüm internet xidmətlərini necə susturmaq mümkündür.`

Rusiya höküməti sosial şəbəkə istifadəçilərinə nəzarət etmək istəyir (audio)

Rusiya höküməti sosial şəbəkə istifadəçilərinə nəzarət etmək istəyir (audio)

Rusiyada `Live Journal`-ın az qala 5 milyon bloqeri var, və hər ay 13 milyon insan bu xidmətdən istifadə edir.`Live Journal`-da ilk hücum Aleksi Navalnının bloquna edildi. Bu Rusiyada korrupsiya əleyhinə öndə gedən bloqdur. Navalni Rusiyanın hakim Vahid Rusiya partiyasını tez-tez oğru və dələduz adlandırır. Navalni onun bloquna edilən hücumu əks-təbliğat kompaniyası adlandırıb. Lakin bir müddət sonra hücumun `Live Journal`-ın özünə edildiyi aydın oldu.

Beləliklə Rusiyada azadlq və nəzarət arasında klassik döyüş gərginləşir. Amma bu dəfə döyüş kiber məkan müstəvisinə keçib. Həmin hücumdan təsir görənlərdən biri də prezident Medvedevdir. Belə ki, onun da `Live Journal`da bloqu var.

XS
SM
MD
LG