Accessibility links

Rusiyadan yeni silah aldığına üstüörtülü bildirən Suriya prezidenti Bəşar Əl-Əsəd İsrailin Suriyaya qarşı hava hücumları həyata keçirdiyi təqdirdə ona cavab verəcəyi ilə hədələyib.

Livanın Əl-Mahar televiziyasına verdiyi müsahibədə cənab Əsəd Moskvanın göndərdiyi yeni silahlar arasında S-300 havadan müdafiə sisteminin olduğu barədə heç nə deməyib.

Rusiya silahların Suriyaya çatması barədə məlumatı təsdiqləməyib. Lakin Rusiya ölkədə vətəndaş müharibəsinin getdiyi bir vaxt xarici müdaxilənin qarşısını almaq məqsədi ilə Suriyaya havadan müdafiə sistemləri göndərəcəyinə söz vermişdi.

Hələlik İsrail də Rusiyanın Suriyaya silah verməsi ilə bağlı heç bir açıqlama verməyib.
XS
SM
MD
LG