Accessibility links

Rusiya və Yaponiya liderlərinin regional sammit çərçivəsində görüşü planlaşdırılıb


Rusiya və Yaponiya liderlərinin regional sammit çərçivəsində görüşü planlaşdırılıb
Rusiya və Yaponiya liderlərinin regional sammit çərçivəsində görüşü planlaşdırılıb

Rusiya və Yaponiya liderlərinin iki ölkənin də iddia etdiyi adalara görə münasibətlərdə gərginlik yarandığı bir zaman bu həftə Asiya-Sakit okeanı ölkələrinin regional sammiti çərçivəsində görüşəcəyi gözlənilir. Rusiya prezident Dmitri Medvedev Rusiyanın Kuril, Yaponiyanınsa Şimal Ərazilər kimi tanıdığı adalardan birinə səfər etməsi Yaponiyanı qəzəbləndirib. Məsələnin cənab Medvedev və Yaponiyanın Baş naziri Naoto Kan arasında Yokohamada keçiriləcək danışıqlar zamanı müzakirə ediləcəyi gözlənilir. Rusiya prezidentinin sözçüsü Natalya Timakova müxbirlərə deyib ki, danışıqların vaxtə hələ müəyyən ediləyib. Onun sözlərinə görə, Rusiyanın mübahisəli adalarla bağlı dəyişməz olaraq qalır.

XS
SM
MD
LG