Accessibility links

Moksvada döyülmüş jurnalist koma vəziyyətindən çıxıb

  • Amerikanın səsi

Moksvada döyülmüş jurnalist koma vəziyyətindən çıxıb

Moksvada döyülmüş jurnalist koma vəziyyətindən çıxıb

Moskvada evinin qarşısında döyülmüş jurnalist Oleq Kaşinin həyat yoldaşı onun komadan vəziyyətindən çıxdığını deyib. Kommersant qəzetinin müxbiri olan Kaşin keçən həftə iki nəfər tərəfindən hücuma məruz qalmışdı. Metal cubuqla döyülən jurnalistin kəllə sümüyü çatlamış, çənə sümüyü və ayaqları sınmışdır. Hücum video kameraya çəkilib. Kaşinin həyat yoldaşı Evgeniya Milova onun ayıldığını, lakin hələ də respitorlar nəfəz aldığını deyib. Polis hücuma motivi aşkarlamayıb. Kaşin Moksva ətrafında meşəliklərdən keçəcək çosse yolu haqda yazırdı. Rusiya prezidenti Dmitri Medvedev hücumdan sonra müxbirlərin dövlət tərəfindən daha yaxşı qorunmasına çağırıb. O deyib ki, Kaşinə hücuma görə məsuliyyər daşıyanlar mövqelərindən asılı olmayaraq cəzalandırılıcaqlar.

XS
SM
MD
LG