Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada döyüşlərin sona çatdırılması yollarını müzakirə etmək üçün bu gün Cenevrədə danışıqlara başlayıb.

Səudiyyə Ərəbistanına səfər edən cənab Kerri Sergey Lavrovla görüşünə dəstək olaraq cümə axşamı Səudiyyə şahzadəsi Məhəmməd Bin Salman, eləcə də Bəhreyn və Körfəz Əməkdaşlıq Şurasının diplomatları ilə görüşərək, Suriya ilə bağlı planını müzakirə edib.

Vaşinqton və Moskvanın yüksək səviyyəli diplomatları arasındakı müzakirələr Birləşmiş Ştatlar və Rusiyanın tərəfləri dəstəkləməsi ilə daha da mürəkkəbləşən Suriya böhranına qon qoya bilməyib.

Cənab Lavrovla görüş zamanı hər iki tərəfin istədiyi kimi, Suriyadakı İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatlarda əməkdaşlıq etmək və məlumatları bölüşməklə bağlı razılıq əldə edilməsinə çalışılmalıdır.

XS
SM
MD
LG