Accessibility links

Rusiya prezidenti Vladimir Putin Kubada Amerikaya qarşı casusluq üçün istifadə edilən Sovet erasından qalan bazanın açılışına dair mətbuatda yayılan xəbərlərin yanlış olduğunu bildirib.

Putin deyib ki, Havana yaxınlığındakı kəşfiyyata bazasının fəaliyyətlərinin bərpa edilməsi planlaşdırılmır.

"Rusiya müdafiəsini həmin baza olmadan da təmin etmək qabiliyyətiə malikdir" – deyə Latın Amerikasına səfərinin başa çatmasından sonra Rusiya prezidenti İTAR TASS xəbər agentliyinə bildirib.

ABŞ Dövlət Departamenti rəsmi razılıq elan edilmədiyinə görə, məsələyə münasibət bildirməyib.

Kuba mənşəli amerikalı konqresmen Mario Diaz-Balart Amerikanın Səsinə deyib ki, bazanın yenidən açılması Kuba rejiminin ABŞ-a qarşı bədxah niyyətinin göstəricisidir.

Sovet İttifaqı ilə Kuba 1964-cü ildə bu bazadan Kubanın raket böhranı zamanı birgə kəşfiyyat əməliyyatları həyata keçiridi. Baza Sovet İttifaqının 3 min işçisi ilə xaricdəki ən böyük hərbi bazası olub.

2001-ci ildə bağlanan obyekt Moskva tərəfindən ABŞ peykindən telefon və səs ötürücülərindən məlumat toplayırdı.

Bu həftə Rusiyanın Kommersant qəzetinə müsahibəsi zamanı Kuba prezidenti Raul Kastro deyib ki, Amerika haqda kəşfiyyat məlumatlarının 75 faizi bu bazadan əldə edilirdi.

XS
SM
MD
LG