Accessibility links

Rusiyada milyarder Aleksandr Lebedevə qarşı xuliqanlıq ittihamı irəli sürülüb


Kremlin tənqidçisi olan Lebedev Britaniyada və Rusiyada qəzet sahibidir

Rusiyanın Dövlət Təhqiqat Komitəsi Kremlin tənqidçilərindən biri olan milyarder Aleksandr Lebedevi keçən il dəyirmi masa söhbəti zamanı başqa biznesmeni itələməkdə ittiham edərək, ona qarşı xuliqanlıq ittihamı irəli sürüb.

Təhqiqat komitəsi Lebedevin iş adamı Sergey Polonskini itələyərək ona xəsarət yetirməsinə görə ona qarşı xuliqanlıq ittihamları irəli sürüldüyünü bildirib.

Britaniyada iki qəzetin sahibi, Rusiyada isə “Novaya qazeta” qəzetinin həmsahibi olan Aleksandr Lebedev hökumətin tənqidçisidir. Lebedev siyasi müxalifətə dəstək verdiyinə görə təzyiqlərlə qarşılaşdığını bildirib.
XS
SM
MD
LG