Accessibility links

Aleksandr Litvinenkonun sui-qəsdində Vladimir Putin günahlandırılır


Britaniya hakimi deyib ki, prezident Vladimir Putin belə görünür Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) sabiq agenti Aleksandr Litvinenkonun zəhərləndirilməsi planını şəxsən təsdiqləyib.

Hakim Robert Ouen təxminən 10 il əvvəl bir fincan çayı işdikdən sonra vəfat edən Litvinenkonun nadir radioaktiv izotop polonium-210-la zəhərləndirildiyini deyib. Ölüm yatağında ikən Litvinenko ona qarşı sui-qəsddə Vladimir Putini günahlandırmışdı.

Marina Litvinenko
Marina Litvinenko

Bu gün London məhkəməsi qarşısında danışan Litvinenkonun həyat yoldaşı Marina Litvinenko hakimin bəyanatını təsdiq edərək, Britaniya hökumətini bu məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Uzun zamandır gözlənilən bəyanatda hakim Ouen Rusiyanın Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq agentləri Dmitri Kovtun və Andrey Luqovoya qarşı sui-qəsddə əli olduqlarını inkar etmələrinə baxmayaraq, zəhərlənməyə Rusiyanın Federal Təhlükəsilzik Bürosu tərəfindən göstəriş verildiyini deyib.

XS
SM
MD
LG