Accessibility links

Rusiyanın uşaq hüquqları müdafiəçisi Vladimir Putini yeni qanuna veto qoymağa çağırıb


Rusiyanın uşaq hüquqları müdafiəçisi Boris Altşuler prezident Vladimir Putini rus uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini yasaqlayan qanun layihəsinə veto qoymağa çağırıb.

Rusiya parlamanetinin yuxarı palatasında “Maqnitski qanunu”na cavab sənədinin təsdiq edilməsindən bir gün sonra danışan Altşuler qanunu “dəhşətli” adlandırıb.
Rusiya parlamentinin yuxarı palatası amerikalıların rus uşaqlarını övladlığa götürməsini yasaqlayan qanunu dünən təsdiq edib.

Federasiya Şurasının 143 üzvü sənədi yekdilliklə qəbul edib.

Hazırda qanun prezident Vladimir Putinin imzasına göndərilib.

“Sergey Maqnitski-qanunun aliliyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümü ilə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən Maqnitskinin həbsi və ölümü ilə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağan edilir və onların ABŞ-dakı hesabları dondurulur.

Rusiya prezidenti Vladimir Putin qanunu məqsədyönlü adlandırıb.

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra 60 minə yaxın rus usag amerikalıların himayəsinə verilib. Onların 20-i övladlığa götürüldükdən sonra vəfat edib.
XS
SM
MD
LG