Accessibility links

Rusiya Yeni İli boş cüzdanla qarşılayır [Video]


İqtisadi tənəzzül və rublun dəyərdən düşməsi narahatlıqlarına baxmayaraq, paytaxt Moskvada bayram əhvali-ruhiyyəsi hiss olunur. Moskva sakinləri və qonaqlar yeni il şənliklərini yarmarkalarda keçirir.

Neft qiymətlərinin düşməsi və qərbin sanksiyalarının rublun dəyərini salması idxal mallarının qiymətinin qalxmasına səbəb olub. Bu da öz növbəsində Rusiya irtisadiyyatını tənəzzülə uğradır.

Rusiya prezidenti Vladimri Putin iqtisadia gərginliyin bir-iki il davam edəcəyini deyib. Lakin bu, rusların narahatlıqalrını azaltmır.

“Mən bu haqda düşünməməyə çalışıram. Vəziyyət çox ağırdır və biz bunun hecə davam edəcəyini görəcəyik. Qorxuludur.” -deyə, Moskva sakini Soso bildirir.

Bu il səyahətə çıxa bilməyən rusiyalıların çoxu qış mövsümünün əyləncələri ilə kifayətlənəcək. Bayram alış-verişinə çıxan müştərilər pul xərcləmə vərdişlərini dəyişməli olsalar da, hədiyyələr almaqda davam edirlər.

Mariya adlı bu qadın trikotaj mallar satır. “İqtisadi problemlər üzündən insanlar daha ucuz və daha praktiki mallar alır. bu mallar ən çox satılan mallardandır.”

Kisəsində pulu tükənmiş Rusiya Yeni İlə hazırlaşdığı bir vaxt, Şaxta baba bayram tövsiyələri edir. “Mən nə sehrbazam, nə də cadugər, mən sadəcə Şaxta babayam. Sizin yeni iliniz sizin özünüzdən asılıdır."

Bayram əhvali-ruhiyyəsinə baxmayaraq, Kremlin iqtisadiyyatı tənzimləyə bilməyəcəyi və Ukraynaya təcavüzü davam etdirəcəyi müddətində Rusiyada iqtisadi böhranın daha da dərinləşəcəyini deyənlərin sayı az deyil.

Show comments

XS
SM
MD
LG