Accessibility links

Vladimir Putin ABŞ-a xəbərdarlıq edib


Moskva Vaşınqtona insan haqqlarını pozmaqda təqsirləndirdiyi və sanksiyalar tətbiq etdiyi Rusiya rəsmilərinin siyahısını ictimailəşdirməmək barədə xəbərdarlıq edib.

Prezident Vladimir Putinin sözçüsü bu gün deyib ki, siyahının ictimayiləşdirilməsi münasibətlərin kəskinləşməsinə səbəb olacaq.

Bu gün dərc olunacağı ehtimal edilən siyahının açıqlanmasına "Maqnitski Aktı" imkan verir.

Qanunun adı Rusiyada hökumətin korrupsiya əməliyyatlarını ifşa edən və 2008-ci ildə vergidən yayınmada təqsirli bilinərək həbs edilən rusiyalı vəkili Sergey Maqnitskiyə istinad edir. O, növbəti il həbsxanada davamlı olaraq döyüldükdən və tibbi yardım göstərilmədikdən sonra ölmüşdü.

Siyahıya yalnız Maqnitskinin qətlində şübhəli bilinən rəsmilər deyil, Rusiya boyu siyasi hüquqları pozan digər siyasətçilər də daxildir.
XS
SM
MD
LG