Accessibility links

Axtarışda olan Camaləli Mutaliyev öldürülüb


Rusiyadan alınan məlumatda atarışda olan Camaləli Mutəliyevin Rusiya təhlükəsizlik qüvvələri tərəfindən bu gün öldürüldüyü deyilir. Gələn ilin fevral ayında Soçidə keçiriləcək Olimpiya Oyunlarından əvvəl Moskva Qafqaz regionundakı yaraqlılara qarşı ciddi hücumlara keçib.

Uzun müddətdir İslam dövləti yaratmaq uğrunda mübarizə aparan qrupun başçılarından olan Camaləli Mutaliyevlə birlikdə digər yaraqlıların da İnquşetiyanın Nazran şəhərində atışma zamanı öldürüldüyü bildirilir.

Camaləli Mutaliyevin 2010-cu ildə qonşu Vladikavkaz şəhərinin ticarət mərkəzində 18 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda əli olduğu deyilir. Rusiya anti-terror komitəsi NAK-ın bildirdiyinə görə, Mutaliyev qadağan olunmuş İmarəti-Qafaqaz təşkilatının lideri Doku Umarovun yardımçısı idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG