Accessibility links

Rusiya Avropada raketlərdən birgə müdafiə sistemi təklif edir


Rusiya Avropada raketlərdən birgə müdafiə sistemi təklif edir
Rusiya Avropada raketlərdən birgə müdafiə sistemi təklif edir

Rusiya prezidenti Dmitri Medvedev NATO liderlərinə Avropanın müdafiəsini soyuq müharibə dövrünün keçmiş rəqibləri arasında bölüşdürən raketlərdən birgə müdafiə sistemi təklif edib. Rusiya qəzetləri rəsmilərə istinadən xəbər verir ki, plan raketlərdən müdafiə sahəsində məsuliyyətlər və ərazilərin Rusiya və NATO arasında bölüşdürülməsini nəzərdə tutur. Cənab Medvedev deyib ki, sektorlara bölünmüş sistem Rusiya üçün ən əlverişli bir variantdır. Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin isə deyib ki, belə bir anlaşma gələcəkdə hər hansı bir qarşıdurmanın yaranmasına yol verməyərək və NATO və Rusiya arasında əməkdaşlığı inkişaf etdirəcək. NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, əməkdaşlığa dair bu təklifin detalları üzərində 2011-ci ilin iyununda Rusiya və NATO müdafiə nazirlərinin görüşündə iş aparılacaq.

XS
SM
MD
LG