Accessibility links

Aleksey Navalnıya oxunan hökm pislənilir [Məhkəmə zalından fotolar]


Aleksey Navalnı Rusiyada etirazlarını İnternet vasitəsilə ifadə edən və özünə bu yolla davamçılar toplayan ilk dissident idi. Amma cümə axşamı onun üzərində keçirilən məhkəmə əsas qüdrət mərkəzi sayılan Moskvadan 1000 kilometr aralıda yerləşirdi.

Rusiya hakimi Navalnını 10 min ton taxta-şalban oğurluğunda ittiham edərək, onu 5 il müddətinə həbs cəzasına məhkum etdi. Bu isə o deməkdir ki, bu ittiham Aleksey Navalnının Moskva şəhərinə mer və 2018-ci il president seçkilərində namizədliyinə mane olacaq. Rusiyanın yeni qanununa əsasən böyük miqdarda əmlakın oğurlanması da daxil edilməklə, ağır cinayətlərdə əli olan insanlar president seçkilərinə iştirak edə bilməz.

Kommersant FM radiosunun baş redaktoru Konstantin Von Egert Kremlin strategiyasını belə izah edir: “Bu, o deməkdir ki, hökumət onun doğrudan da təhlükəli olduğunu düşünür. Bu eləcə də, o deməkdir ki, onun siyasi karyerası artıq başladı. Rusiyada isə siyasətçi üçün həbsxana siyasi mübarizəyə başlamanın sənədidir.”

Korrupsiyaya qarşı xarizmatik mübariz Aleksey Navalnı Rusiyada çox populyar İnternet-bloger idi. Onun Rusiya Dumasına istefa çağırışları və Vahid Rusiya Partiyasını “oğrular və hiyləgərlər” partiyası adlandırmasından sonra onun İnternet səhifəsi bir milyondan çox hit gətirdi.

Onun kampaniyası o qədər güclənmişdi ki, Vahid Rusiya partiyası İnternetdə “oğrular və hiyləgərlər” adı altında axtarılırdı. Navalnının kampaniyası Kremli böhtan və şərlərə qarşı qanunları daha da gücləndirməyə və Rusiya Xalq Cəbhəsi yaratmağa vadar etdi.

Məhkəmənin çıxardığı hökmdən sonra Navalnının 2009-cu ildə taxta-şalban oğurlaması ittihamının doğru olduğuna çox az adam inanır.

Rusiya prezidentinin dostu və sabiq maliyyə naziri Aleksey Kudrin bu məsələ ilə bağlı İnternetdə fikrini yazıb.” Navalnıya qarşı çıxarılan hökm onu cəzalandırmaqdan daha çox onun cəmiyyətdən və seçki prosesindən uzaqlaşdırmaq cəhdinə bənzəyir.”

Vladimir Rıjkov və Rusiyanın digər dissidentləri Navalnıya hökmün oxunmasının president Vladimir Putinin Nelson Mandelanı anadan olmasının 95 illiyi münasibətilə təbrik etdiyi günə təsadüf etdiyini deyirlər. Cənab Rıjkov deyir ki, rusların çoxu bunu ironik sayır.

​Rusiyanın dövlət televiziyası məsələni ört-basdır etməklə məşğuldur. Adətən Navalnının hökmü ilə bağlı məlumatlar yayımlayan televiziyanın xəbər proqramları bu dəfə konsert və idman proqramları, eləcə də, prezident Putinin iştirak etdiyi hərbi təlimlərdən görüntülər nümyiş etdirir.

Kommersant radio stansiyasının direktoru Von Eggert: “İnternet dövründə məhkəmədən danışmamaq mümkün deyil. Amma bunun xəbərlər proqramında sırada üçüncü elan etmək və Navalnını sadə bir kriminal kimi cəmiyyətə təqdim etmək cəhdi reaksiyanı minimallaşdırmağa yönəlib."

Amerika və Avropanın müşahidəçiləri məhkəmənin çıxardığı hökmü tənqid ediblər. Birləşmiş Ştatların Rusiyadakı səfiri Maykl Makfol yazır: “Navalnı barəsində çıxarılan hökm bizi məyus etdi və bunun siyasi motivlərə əsaslandığı məlumdur.”

Rusiyalı milyoner, keçən il president seçkilərində namizədliyini irəli sürən Mixail Proxorov isə bunları yazır: “Navalnı barəsindəki hökm orta və aşağı bizneslərin maraqlarına – inkişaf etmiş cəmiyyətin əsaslarına birbaşa zərbədir.”

​Hakim hökmü oxuyub məhkəmə zalını tərk etdikdən sonra Navalnı həyat yoldaşı Yuliyanı qucaqladı və bundan sonra həbsxanaya aparıldı.
XS
SM
MD
LG