Accessibility links

Rusiyanın Ali Məhkəməsi müxalifətçi və korrupsiyaya qarşı fəal Aleksey Navalnıya qarşı irəli sürülən cinayət ittihamını ləğv edərək, yenidən baxılması üçün işi aşağı məhkəməyə göndərib.

2013-cü ildə Kirov məhkəməsi Navalnıya qarşı hökumətə məxsus ağac emalı şirkətindən 500000 dollar mənimsəməkdə ittiham irəli sürmüş və 5 il müddətinə həbs cəzası hökmü çıxarmışdı.

Məhkəmənin hökmünə əsasən Navalniy 2033-cü ilədək nə seçkilərdə iştirak edə bilər, nə də vəzifə başında ola bilər. Lakin məhkəmənin qərarı ləğv etdiyinə görə, o, 2018-ci ildə keçiriləcək seçkilərdə Vladimir Putinə qarşı iştirak edə bilər.

Navalnıy 2011-ci ildə seçki saxtakarlığı və Putinin yeniden prezident seçilməsinə qarşı keçirilən genişmiqyaslı nümayişlərin təşkilatçılarından idi.

Show comments

XS
SM
MD
LG