Accessibility links

Hüquq müdafiəçisi: Dadayev işgəncə altında Nemtsovu öldürdüyünü etiraf edib


Zaur Dadayev

Zaur Dadayev

Rusiya İctimai Müşahidə Komissiyasının üzvü Andrey Babuşkin müxalifət lideri Boris Nemtsovu qətlə yetirməkdə əsas şübhəli şəxsə işgəncə verildiyini deyib.

Andrey Babuşkin müxbirlərə bildirib ki, o, çərşənbə axşamı şübhəlilərlə görüşmək üçün həbsxanaya getdiyi zaman Zaur Dadayevin bədənində "çox sayda yara" görüb.

"Moskovskiy Komsomolets" qəzeti Dadayevin rəsmilərə Nemtsovu qətlə yetirmədiyini dediyini və məhkəməyə çıxarılarkən hakimə də günahsız olduğunu deməyi planlaşdırdığını yazıb. Lakin Dadayev məhkəməyə gətirilərkən danışmağa imkan verilmədiyini bildirib.

Qəzet Dadayevə istinadən yazıb ki, o, həbs edilərkən yanında olan üç dostunun azad edilməsi üçün yalan ifadə verib.

Rusiyalı hakim Dadayevin günahkar olduğunu bəyan etsə də, hələ də şübhəli bilinən dörd nəfərlə əlaqədar təhqiqat aparıldığını bildirib.

Həbsdə olan şübhəlilərin beşi də prezident Vladimir Putinin kəskin tənqidçisi, fevral ayının 27-də qətlə yetirilən Boris Nemtsovun qətli ilə bağlı sorğu-sual edilərək məhkəmə qarşısına çıxarılıb.

XS
SM
MD
LG