Accessibility links

Rusiya: Son 7 gündə Hələbə hava hücumu olmayıb


Rusiya bu gün bildirib ki, nə Rusiya, nə də Suriya qüvvələri son yeddi gündə Suriyanın Hələb şəhərində hava hücumu həyata keçirib.

Ordu sözçüsü İqor Konaşenkovun bildirdiyinə görə, Rusiya və Suriyanın heç bir təyyarəsi münaqişədən ciddi ziyan görən şəhərin yaxınlığından uçmayıb. Şəhərdəki insanların ciddi humanitar yardıma ehtiyacı var.

Sözügedən 7 günə şənbə günü başa çatan üçgünlük atəşkəs razılığı da daxildir. Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Qrupunun məlumatına görə, razılıq başa çatan kimi Hələbdə hava hücumları bərpa edilib.

Konaşenkov əlavə edib ki, Hələbi tərk etmək istəyən insanlar üçün 6 humanitar çıxış yolu açıq saxlanılıb.

Sözügedən 7 günə şənbə günü başa çatan üçgünlük atəşkəs razılığı da daxildir. Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Qrupunun məlumatına görə, razılıq başa çatan kimi Hələbdə hava hücumları bərpa edilib.

Rusiya və Suriya üsyançıları şəhərdən çıxmaq istəyən insanların qarşısını almaqda ittiham edir. Üsyançıların liderləri isə cavabında deyib ki, mülki əhalinin çoxu şəhəri tərk etmək istəmir, çünki onlar gedəcəyi təqdirdə Suriya hökumətinin təzyiqləri ilə üzləşəcəyindən qorxurlar.

300 mindən çox insanın sıxışıb qaldığı Hələbdə insanların çox kiçik ərzaq və tibbi təchizat ehtiyatı var. İyul ayından bəri şəhərə humanitar yardım daxil olmayıb və BMT şəhərin ərzaq ehtiyatının bu ayın sonunda başa çatacağına daxil xəbərdarlıq edib.

BMT yardım işləri üzə rəhbəri Stefen O’Brien gileylənir ki, atəşkəsi müşayiət etməli olan tibbi evakuasiyalar baş verməyib.

“Məni qəzəbləndirən odur ki, xəstə, yaralı adamların taleyi hər şeyə hərbi və siyasi prizmadan baxan tərəflərin ümdəsinə qalıb,” O’Brien bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi bildirib ki, rəsmi Moskva Hələbdə döyüşləri dayandırmağı nəzərdən keçirmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG