Accessibility links

"Novaya qazeta"nın redaktoru qəzet müxbirinin ölkə rəsmisi tərəfindən hədələndiyini yazıb


Rusiyada aparıcı müxalifət qəzetinin redaktoru Dmitri Muratov ölkənin baş müstəntiqi Alksey Bastrıkini qəzetin jurnalistini ölümlə hədələməkdə ittiham edib.

“Novaya Qazeta”nın redaktoru açıq məktubda Təhqiqat komitəsinin başçısını müxbir Sergey Sokolovu hədələdiyini yazıb.

Muratov məktubunda Bastrıkinin Sokolovu iyunun 4-də qəzetdə dərc etdiyi məqalə ilə bağlı hədələdiyini yazıb. Sokolov öz məqaləsində baş müstəntiqi 2010-cu ildə Rusiyanın cənubunda uşaqlar da daxil olmaqla, 12 adamın ölümülə nəticələnmiş hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılması kifayət qədər iş görməməkdə günahlandırmışdır.

Muratov yazıb ki, Bastrıkinin mühafizəçiləri məqalə qəzetdə dərc olunan gün Sokolovu avtomobillə şəhər kənarına aparmış və Bastrıkin onu orada hədələmişdir. Qəzet redaktorunun yazdığına görə, hədələrdən sonra Sokolov ölkəni tərk etmişdir.

İstintaq komitəsi məktubla bağlı şərh verməkdən imtina etmişdir.

XS
SM
MD
LG