Accessibility links

Rusiya parlamentinin yuxarı palatası siyasi islahatları təsdiq edib

  • Amerikanın səsi

Rusiya parlamentinin yuxarı palatası yeni siyasi partiyaların qeydiyyatdan keçməsini yüngülləşdirəcək qanun layihəsini təsdiq edib.

Federasiya Şurasının təsdiq etdiyi qanun layihəsində partiyanın qeydiyyatı üçün lazımi üzlərin sayı 40 mindən 500 nəfərə endirilir. Partiyaların qeydiyyatdan keçməsi prosesinin yüngülləşdirilməsini nəzərdə tutan yeni qanunun yeni siysi partiyaların sayının artmasına gətirib çıxaracağı gözlənilir.

Qanun Rusiya prezidenti Dmitri Medvedin vəd etdiyi siyasi islahatlar çərçivəsində qəbul edilir. Bu addımın habelə Rusiyada prezident seçilmiş Vladimir Putinin Vahid Rusiya partiyasının uzun illərdir ölkənin siyasi həyatında dominintlıq etməsinə etiraz edərək kütləvi nümayişlər keçirmiş müxalifət partiyalarını razı sala biləcəyi ehtimal edilir.

Qanun müxalifət partiyalarına bu il ərzində yerli və regional seçkilərdə iştirak etmək və beləliklə də hakim partiya ilə rəqabət aparmaq imkanı verir. Qanunun qüvvəyə minməsi üçün o, prezident Medvedev tərəfindən imzalanmalıdır.

XS
SM
MD
LG