Accessibility links

Rusiya prezidenti Dmitri Medvedev iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Polşaya iki günlük səfərə başlayıb


Rusiya prezidenti Dmitri Medvedev iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Polşaya iki günlük səfərə başlayıb
Rusiya prezidenti Dmitri Medvedev iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Polşaya iki günlük səfərə başlayıb

Rusiya prezidenti Polşa prezidenti Bronislav Komorovski ilə danışıqlar aparacaq

Rusiya prezidenti Dmitri Medvedev iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə Polşaya iki günlük səfər başlayıb. Cənab Medvedev iş adamlarından ibarət nümayəndə heyətilə bu gün Varşavaya yetişib. Rusiya prezidenti Polşa prezidenti Bronislav Komorovski ilə danışıqlar aparacaq. Liderlərin ticarət, enerji və investisiya sahələrində bir sıra müqavilələr imzalayacağı gözlənilir. Rusiyanın RİA xəbər agentlyinin verdiyi məlumata görə, Baltik dənizinin çirklənməsi ilə mübarizə məqsədilə hökumətlərarası müqavilə imzalanacaq. Moskva və Varşava arasında münasibətlər tarixi mübahisələr və etibarın olmamasına görə yaxşı səviyyədə deyildi. Lakin Rusiya prezidenti bu gün dərc olunmuş müsahibədə tarixi bugündən ayırmağın vacib olduğunu deyib. Cənab Medvedev səfərini Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin Rusiyanın qərb bölgəsində qəzaya uğramasından səkkiz ay sonra edir. Mərhum prezident və onunla bərabər Polşanın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Smolensk yaxınlığında İkinci Dünya müharibəsi dövrü təhlükəsizlik orqanları tərəfindən qətlə yetirilən 20 000 polşalı zabit və ziyalının xatirəsinin anım mərasimində iştirak etmək üçün Rusiyaya səfər edirdi. Rusiya parlamentinin aşağə palatası olan Dövlət Duması keçən ay Xatın meşəsində 1940-cı ildə baş vermiş qətliamın sovet diktatoru İosif Stalinin əmri ilə törədilmiş cinayət kimi tanıyıb.

XS
SM
MD
LG