Accessibility links

Rusiya Xatın qətliamı ilə bağlı məxfi sənədləri İnternetdə açıqlayıb


Rusiyanın dövlət arxivi 1940-cı ildə Smolensk yaxınlığında Xatında minlərlə polyak zabitin Sovet təhlükəsizlik qüvvələri tərəfindən qətliamına dair əvvəllər gizli saxlanan sənədləri İnternetdə yerləşdirib

Rusiyanın dövlət arxivi 1940-cı ildə Smolensk yaxınlığında Xatında minlərlə polyak zabitin Sovet təhlükəsizlik qüvvələri tərəfindən qətliamına dair əvvəllər gizli saxlanan sənədləri İnternetdə yerləşdirib.

Rusiya prezidenti Dmitri Medvedev sənədlərin arxivin veb səhifəsində yerləşdirilməsi haqda göstəriş verib.

Hazırda İnternetdə olan bu sənədlər əslində 1992-ci ildə Rusiyanın mərhum prezidenti Boris Yeltsin tərəfindən ictimaiyyətə açıqlanmışdı. Sənədlərin çoxu isə məxfi olaraq qalırdı.

Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya və hökumətin yüksək səviyyəli bir sıra rəsmisi İkinci Dünya müharibəsi zamanı baş vermiş xatın qətliamının qurbanlarının xatirə mərasimində iştirak etmək üçün aprelin 10-da Smolenskə gedərkən təyyarə qəzasında həlak olmuşlar.

XS
SM
MD
LG