Accessibility links

Moskva rəsmiləri müxalifətin mitinqinə icazə verib


Moskva rəsmiləri müxalifətin mitinqinə icazə verib
Moskva rəsmiləri müxalifətin mitinqinə icazə verib

Moskva rəsmiləri fevralın 4-ü Rusiyada parlament seçkilərindən bir ay öncə müxalifətin kütləvi mitinq keçirməsinə icazə verib.

Moksva merinin müavini Aleksandr Qorbenkonun sözlərinə görə, rəsmilər nümayişçilərin Bolotnaya meydanına toplaşmasına icazə veriblər. Mitinqə 50 min insanın toplaşacağı gözlənilir. Aksiya keçən ay partlament seçkilərinin nəticələrinə etiraz məqsədilə keçirilir.

Müxalifət nəticələrin saxtalaşdırıldığını iddia edir. Nümayiş martın 4-də Baş nazir Vladimir Putinin üçüncü dəfə prezident seçilmək üçün qatılacağı seçkilərdən öncə keçirilir.

59 yaşlı Vladimir Putin 6 illik iki müddətə prezident seçilsə 2024-cü ilə qədər hakimiyyətdə qala bilr. Cənab Putin ilk dəfə 2000-ci ildə Rusiya prezidenti olmuş və 2008-ci ilə qədər hakimiyyətdə qalmışdır.

XS
SM
MD
LG